Şirkətimiz

Baş səhifə / Şirkətimiz

Geodeziya, Topoqrafiya, Kartoqrafiya (Xəritəçəkmə), Məsafədən Zondlama, Fotoqrammetriya, DRON ölçmələri (PUA-Pilotsuz Uçuş Aparatları), Coğrafi İnformasiya Sistemləri (CİS), Hidroqrafik ölçmələr (Batimetriya / Side-Scan Sonar / təkşüalı / çoxşüalı ölçmələr), Ətraf Mühit, Geologiya və Geofizika, İT və Sistem İnteqrasiyası, Mühəndislik, Məsləhət, həmçinin müxtəlif layihələndirmə sahələri üzrə ixtisaslaşmış şirkətdir. Cəmiyyətimiz 2018-ci ildə təsis edilmişdir. HYDRO-GEO ENVIRONNEMENT GROUP elmi-tədqiqat işlərinə xüsusi maraq göstərir və şirkətin məsləhətçiləri müxtəlif layihələr çərçivəsində qarşıya qoyulan məsələləri elmi əsaslarla həll edir.

Qeyd etməliyik ki, istənilən layihədə qarşıya qoyulan məsələlərin müasir yanaşmalar əsasında həll olunması və vaxtında yerinə yetirilməsi hər bir müştəri üçün maraq kəsb edir. Heyətimiz aparılan işlərin nəticələrini vaxtında müştərilərə təqdim edir, həmçinin layihəni tam və dolğun şəkildə yerinə yetirir. Mütəxəssislərimiz öz sahələri üzrə yüksək təcrübəyə və nəzəri biliklərə malikdirlər. Onların əksəriyyəti yerli və beynəlxalq layihələrdə çalışmış mütəxəssislərdir. Biz istənilən layihəyə xüsusi həssaslıqla yanaşırıq və layihədə hər xırda detalı nəzərə alırıq. Peşəkar tərkibdən ibarət heyətimizin istənilən mürəkkəblik dərəcəsində olan layihələri işləyib hazırlamaq üçün zəruri bilik və bacarıqları var.

Əminliklə qeyd edə bilərik ki, işlərimizlə yaxından tanış olduqdan sonra bizimlə əməkdaşlıqdan zövq alacaqsınız.